Xəzər Xəbər

Rusiyada azərbaycanlı qətlə yetirildi

Dünya | 17:09 • 8 İyun 2018
Rusiyada azərbaycanlı qətlə yetirildi

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan vətəndaşı R. Qəmbərov qətlə yetirilib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Simferopolskaya küçəsi, 26a ünvanındakı "1001 gecə” kafesində qeydə alınıb.

Müqaviəli hərbi xidmət keçən Bekxan Quçiqov mübahisə zəmnində Qəmbərova 12 bıçaq zərbəsi yetirərək hadisə yerindən qaçıb. Ağır xəsarətlər alan Azərbaycan vətəndaşı bir neçə gün komada qaldıqdan sonra keçinib.

Faktla bağlı Yekaterinburq Hərbi Qarnizonu cinayət işi açıb.

Xəbər lenti