Xəzər Xəbər

Çin rəhbəri Putini “Dostluq” medalı ilə təltif etdi

Dünya | 16:14 • 8 İyun 2018
Çin rəhbəri Putini “Dostluq” medalı ilə təltif etdi

Çin Xalq Respublikasının Sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putini "Dostluq” medalı ilə təltif edib.

AZƏRTAC xəbər verir ki, iyunun 8-də Pekində Xalq Yığıncaqları Sarayında Si Cinpin medalı Vladimir Putinə təqdim edib. Rusiya Prezidenti Çinin "Dostluq” medalı ilə təltif olunan ilk şəxsdir. ÇXR Sədri medalın təqdim olunma mərasimində Vladimir Putinin dünyada sülhün bərqərar olmasında səylərini yüksək qiymətləndirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Çindao şəhərində keçiriləcək zirvə görüşündə iştirak etmək üçün Çində səfərdədir.

image description

Xəbər lenti