Xəzər Xəbər

Çin və Rusiya ABŞ-a meydan oxudu Raket təhlükəsi

Dünya | 16:02 • 8 İyun 2018
Çin və Rusiya ABŞ-a meydan oxudu
Bir sıra dövlətlər "raket təhlükəsi” bəhanəsilə birtərəfli qaydada Avropada, Asiya və Sakit okeanı məkanında raketdən müdafiə sistemləri yerləşdirir. Buna qarşı qüvvələr balansının təmin olunması üçün Moskva və Pekin birgə əməkdaşlıq edəcək.


Bu barədə Çinə səfər edən Rusiya prezidenti Vladimir Putinin Si Tsinpinlə danışıqlarının yekununda qəbul olunan birgə bəyanatda deyilir.


"Rusiya və Çin qlobal və regional strateji balans, sabitliyin təmin olunmasına xüsusi diqqət ayıracaq. Çünki bir sıra dövlətlər "raket təhlükəsi” bəhanəsilə birtərəfli qaydada raketdən müdafiə sistemlərini təkmilləşdirirlər və onları Avropada, Asiya və Sakit okeanı məkanında yerləşdirirlər. Bununla da regional dövlətlərin, o cümlədən Rusiya və Çinin strateji təhlükəsizlik maraqlarına ciddi zərər yetirirlər. Onlar, həmçinin strateji qüvvələr balansına, qlobal və regional təhlükəsizlik və sabitliyə mənfi təsir göstərirlər”, – deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Çinə səfər edərək həmkarı Si Tsinpinlə görüşüb. Səfər zamanı tərəflər arasında ticarət, energetika, kosmos və digər istiqamətlərdə əməkdaşlığı bnəzərdə tutan bir sıra müqavilələr imzalanıb. Həmçinin, Putin Çinin Çindao şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının iclasına da qatılacaq./azvision.az

Xəbər lenti