Xəzər Xəbər

Koreya lideri sammitdən iki gün əvvəl Sinqapurda olacaq

Dünya | 15:57 • 8 İyun 2018
Koreya lideri sammitdən iki gün əvvəl Sinqapurda olacaq

Şimali Koreyanın lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla sammitdə iştirak etmək üçün iyunun 10-da Sinqapura səfər edəcək.

"Report” "xəbər verir ki, məlumatı Cənubi Koreyanın "Yonhap” agentliyi yayıb.

Qeyd edək ki, ABŞ - Şimali Koreya sammiti tarixdə ilk dəfə iyunun 12-də Sinqapurda keçiriləcək. Dövlət başçıları görüşdə Koreya yarımadasının nüvəsizləşdirilməsini müzakirə edəcəklər. ABŞ prezidenti Donald Tramp zirvə toplantısına bütün hazırlıqların baş çatdığını bildirib. O, görüşün yekununda 1950-1953-cü illərdə Koreya müharibəsinin başa çatması haqqında müqavilənin imzalanacağını da istisna etməyib.

Xəbər lenti