Xəzər Xəbər

Naməlum qadın Yeseninin qəbirüstü abidəsini rəngləyib qaçdı - FOTO

Dünya | 14:05 • 8 İyun 2018
Naməlum qadın Yeseninin qəbirüstü abidəsini rəngləyib qaçdı -

İyunun 5-də Moskvanın Vaqankovo qəbiristanlığında naməlum qadın məşhur rus şairi Sergey Yeseninin qəbirüstü abidəsini rəngləyib. Virtualaz.org "Mash” telegram-kanalına istinadən xəbər verir ki, hadisə iyunun 5-də baş verib.

Qadın abidənin arxa hissəsinin tünd rəngdə olmasından və şairin heykəlindən fərqlənməsindən "əsəbiləşib” və qəbiristanlığa boya ilə gəlib. O, bütün abidəni ağ rəngə boyayıb. Qəbiristanlıq gözətçisinin sualına cavab vermək istəməyən qadın sakitcə çıxıb gedib.

Hazırda Moskva polisi naməlum "rəngsaz”ın axtarışını aparır, qəbirüstü abidə isə yuyulur.

Rubrikanın digər xəbərləri

Xəbər lenti