Xəzər Xəbər

İranda Ümumdünya Qüds Günü yürüşü keçirilib

Dünya | 14:04 • 8 İyun 2018
İranda Ümumdünya Qüds Günü yürüşü keçirilib

İyunun 8-də Tehranda və İranın digər böyük şəhərlərində Ümumdünya Qüds Günü qeyd olunub.


AZƏRTAC xəbər verir ki, Ümumdünya Qüds Günü ilə əlaqədar keçirilən kütləvi yürüşlərdə 1 milyondan çox adam iştirak edib.


Tehranda keçirilən yürüşə dövlət rəsmiləri və tanınmış simalar da qatılıblar. Nümayiş iştirakçıları beynəlxalq ictimaiyyətdən Fələstinin işğalına göz yummamağı tələb edərək ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsinə etirazlarını bildiriblər.


Yürüşün sonunda qətnamə qəbul olunub. Qətnamədə bildirilir ki, İran xalqı daim fələstinlilərin yanında olacaq, heç zaman Fələstinin işğalı ilə barışmayacaq.


Yürüş iştirakçıları ABŞ və İsrailin bölgədə həyata keçirdikləri siyasətə etirazlarını bildiriblər.

Xəbər lenti