Xəzər Xəbər

Sinqapurda Kim Çen Inın oxşarı saxlanılıb

Dünya | 12:46 • 8 İyun 2018
Sinqapurda Kim Çen Inın oxşarı saxlanılıb
Sinqapurda polis əməkdaşları Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın oxşarı olan parodiyaçını saxlayıb. "AP" bildirir ki, parodiyaçı təxminən iki saat dindirilmədə olub.

Honqkonqdan olan parodiyaçı Hovard İsk Sinqapura KXDR lideri və ABŞ prezidentinin birgə iştirak edəcəyi sammitə etiraz etmək üçün gəlib. Polis əməkdaşları onu Sinqapurun hava limanında saxlayıblar. İki saat dindirilmədən sonra sərbəst buraxılan parodiyaçıya Sentos adası və "Shangri-La" hotelindən uzaq durmaq bildirilib. /faktxəbər

Xəbər lenti