Xəzər Xəbər

Valyuta Fondu Argentinaya 50 mlrd. dollar kredit verəcək

Dünya | 12:34 • 8 İyun 2018
Valyuta Fondu Argentinaya 50 mlrd. dollar kredit verəcək
Beynəlxalq Valyuta Fondu (BVF) və Argentina hökuməti ölkəyə 3 il ərzində 50 mlrd. dollar kredit ayrılması mövzusunda razılaşıblar. XəzərXəbər bildirir ki, bu barədə "DW" nəşri məlumat verib.

Argentina hakimiyyəti büdcə kəsirinin azalmasının qarşısını almağı və ölkə iqtisadiyyatına 2020-ci ilə qədər tarazlıq gətirməyi öhdəlik götürüb.

Qeyd edək ki, Argentina pesosu may ayında inflyasiyaya məruz qalaraq dollara nisbətdə 25 faiz dəyərini itirib./faktxəbər

Xəbər lenti