Xəzər Xəbər

Makron: G7 ABŞ-ın razılığı olmadan saziş imzalaya bilər

Dünya | 11:19 • 8 İyun 2018
Makron:

«Yeddilər qrupu» sammitinin iştirakçıları Kanadada 6 ölkənin razılığı ildə saziş imzalaya böilər.

Bu barədə Fransa lideri Emmanuel Makron özünün Tvitter səhifəsində bəyan edib.

Onun sözlərinə görə, sənəddə ABŞ prezidenti Donald Trampın adı çıxarıla bilər.

«Amerika prezidenti, ehtimal ki, izolyasiyaya qarşı deyil, ancaq 6 ölkə arasında saziş imzalamaq üçün biz də qarşı deyilik», - deyə prezident bəyan edib.

Qeyd edək ki, sammit iyunun 8-9-da Kanadanın Kvebek əyalətində keçiriləcək. Bundan əvvəl bildirilmişdi ki, Donald Tramp «Böyük Yeddili»yin sammitini tez tərk edəcək. O, Kim Çen Inla görüş ərəfəsində Kanadadan birbaşa Sinqapura yollanacaq. /faktxəbər

Xəbər lenti