Xəzər Xəbər

Türkiyədə hamı bu saxta polisdən danışır FOTO

Dünya | 11:17 • 8 İyun 2018
Türkiyədə hamı bu saxta polisdən danışır

Türkiyənin İstanbul şəhərində polis əməkdaşlarını belə özünün polis olduğuna inandıran gənc ələ keçib. XəzərXəbər "Habertürk"ə istinadən bildirir ki, olay İstanbulun Çağlayan Polis Mərkəzində qeydə alınıb.

Polis Mərkəzinin rəisini tanıyan B.Ç. adlı gənc mütəmadi olaraq ora gedərək hamını polis olmasına inandırıb. O, həmçinin polis idarəsindəki silah otağına daxil olaraq oradakı silahlarla tez-tez şəkil çəkdirərək bunu sosial şəbəkədə paylaşıb.

Bir müddət sonra sosial mediadakı fotoşəkillərlə bağlı məlumat İstanbul əmniyyət müdiri Mustafa Çalışkana çatıb. O, göstəriş verərək həmin şəxsin kimliyinin araşdırılmasını istəyib.

Araşdırma zamanı B.Ç.nin veteran olduğunu düşünərək fotoşəkil çəkdirməsi üçün polis bölməsinə buraxıldığı üzə çıxıb. Hadisədən sonra gənc barəsində istintaq başladılıb, onun polis idarəsinə girişinə isə qadağa qoyulub.

Xəbər lenti