Xəzər Xəbər

Türkiyə İraqın 3 regionuna zərbələr endirə bilər Ərdoğan

Dünya | 10:42 • 8 İyun 2018
Türkiyə İraqın 3 regionuna zərbələr endirə bilər

Ankara İraqın Kandil, Sincar və Maxmur regionlarına zərbələr endirə bilər.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan bildirib ki, əgər İraq rəhbərliyi PKK ilə bacarmasa, Türkiyə heç kimlə razılaşdırmadan 3 bölgəyə zərbələr endirəcək.

Qeyd edək ki, PKK ilə 25 ildən artıqdır ki, mübarizə aparan Türkiyə minlərlə insan itkisi ilə qarşılaşıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti