Xəzər Xəbər

Kanadada G7 sammitinə etiraz etdilər

Dünya | 09:55 • 8 İyun 2018
Kanadada G7 sammitinə etiraz etdilər
Kanadanın Kvebek şəhərində G7 ("Böyük yeddilik”) sammitinə qarşı antiqlobalistlərin yürüşü keçirilir.

XəzərXəbər xəbər verir ki, aksiyada 400-ə yaxın nümayişçi iştirak edir. Nümayişçilər G7 ölkələrinin bayraqlarını yandırıblar. Kvebek polisi yürüşü nəzarətdə saxlasa da, etirazçıların davranışlarına müdaxilə etmirlər.


Qeyd edək ki, bu gün və sabah Kvebek şəhərində G7 ölkələri (ABŞ, Kanada, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Yaponiya) dövlət başçılarının sammiti keçiriləcək. Bir çox ölkələrin liderləri hələ Kanadaya gəlməyib. Gələnlər isə Kvebekdən 140 kilometr uzaqlıqda yerləşən La Mlabe kurort şəhərinə gediblər.

Xəbər lenti