Xəzər Xəbər

Tunisdə gəmi qəzası nəticəsində həlak olan miqrantların sayı 74 nəfərə çatıb

Dünya | 17:22 • 7 İyun 2018
Tunisdə gəmi qəzası nəticəsində həlak olan miqrantların sayı 74 nəfərə çatıb

Xilasedicilər indiyə qədər Tunis sahillərində qanunsuz mühacirləri daşıyan gəminin qəzaya uğraması nəticəsində həlak olan 74 nəfərin cəsədini aşkarlayıblar.


AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat Tunisin Daxili İşlər Nazirliyi tərəfindən yayılıb.


Xatırladaq ki, iyunun 4-nə keçən gecə Tunis sahilləri yaxınlığında böyük gəmi qəzası baş verib. Göyərtəsində təxminən 180 nəfər qanunsuz mühaciri daşıyan balıqçı gəmisi Tunisin Sfaks liman şəhərindən 16 dəniz mili məsafəsində batıb. Hadisə yerinə göndərilən xilasedicilər 68 nəfəri xilas etməyə müvəffəq olub.


Tunis prokurorluğu insan ölümünə səbəb olan qanunsuz xidmət maddəsi üzrə təhqiqata başlayıb. Hadisə ilə əlaqədar Tunisin daxili işlər naziri Lütfi İbrahim və nazirliyin gəminin dənizə çıxdığı yerdə xidmət göstərən 10 yerli əməkdaşı istefaya göndərilib.

Xəbər lenti