Xəzər Xəbər

“Dördüncü dünya müharibəsi belə olacaq” – Putindən ŞOK İDDİA

Dünya | 16:26 • 7 İyun 2018
“Dördüncü dünya müharibəsi belə olacaq”

Rusiya prezidenti Vladimir Putin "Birbaşa xətt” zaman III Dünya müharibəsi ehtimalını qiymətləndirib.

"RİA-Novosti” agentliyi xəbər verir ki, Putin III Dünya müharibəsinin bugünkü sivilizasiyaya son qoya biləcəyini vurğulayıb.

O qeyd edib ki, II Dünya müharibəsindən sonra qlobal münaqişələrin baş verməməsi aparıcı dövlətlər arasında strateji paritetin qurulması ilə əlaqədardır.

"Qarşılıqlı məhv etmə qorxusu dövlətləri həmişə kəskin hərəkətlərdən saxlayır və bir-birinə hörmət etməyə məcbur edirdi”, - Rusiya prezidenti vurğulayıb.

Genişmiqyaslı döyüş əməliyyatların təhlükəsini şərh edən Putin fizik-nəzəriyyəçi Albert Eynşteyndən sitat gətirib: "Bilmirəm, Üçüncü Dünya müharibəsi hansı üsulla aparılacaq, amma bilirəm ki, dördüncüsü dəyənəklər və daşlarla aparılacaq”.

Xəbər lenti