Xəzər Xəbər

Dünyanın ən şanslı adamı: 2 ildə 2 dəfə milyon avro uddu

Dünya | 15:21 • 7 İyun 2018
Dünyanın ən şanslı adamı:

Fransada 2016-cı ildə lotereyadan 1 milyon avro qazanan şəxs yenidən qalib olub.


2 il əvvəl qalib olandan sonra hər həftə "Mənim milyonum" adlı lotereyada iştirak etməyə davam edən şəxs yenidən 1 milyon avroya sahib çıxıb.


Fransız mediasına görə, həmin şəxs "Hamının 3 dəfə qalib olmaq haqqı var" deyərək lotereyada oynamağa davam edəcəyini açıqlayıb.


Qeyd edək ki, ötən ay Avstraliyada da oxşar hadisə baş vermiş, eyni şəxs 1 həftədə 2 dəfə 1 milyon dollara sahib çıxmışdı. /Qaynarinfo

Xəbər lenti