Xəzər Xəbər

“Ermənistan münaqişənin sülh yolu ilə həlli üçün səylər göstərməyə hazırdır”

Dünya | 15:14 • 7 İyun 2018
“Ermənistan münaqişənin sülh yolu ilə həlli üçün səylər göstərməyə hazırdır”

"Rusiya xarici işlər naziri ilə görüşdə beynəlxalq gündəmdə olan məsələləri, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə etdik. Görüşdə bu məsələyə xüsusi diqqət ayırdıq. Biz Rusiyanın Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə Qarabağ münaqişəsinin istisnasız olaraq sülh yolu ilə nizamlanmasına yönəlmiş səylərini yüksək qiymətləndiririk”.


Bunu Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyan rusiyalı həmkarı Sergey Lavrovla bu gün keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib.


”Bizim üçün əsas məsələ Dağlıq Qarabağ xalqının təhlükəsizliyi məsələsidir. Ermənistan münaqişənin sülh yolu ilə həll olunması üçün birgə səylər göstərməyə hazırdır”, - deyə Z. Mnatsakanyan vurğulayıb. (APA)

Xəbər lenti