Xəzər Xəbər

Putinlə canlı yayıma gecikən qubernator yerinə operatoru oturtdu

Dünya | 15:10 • 7 İyun 2018
Putinlə canlı yayıma gecikən qubernator yerinə operatoru oturtdu

Rusiyanın Voloqodskiy əyalətinin qubernatoru Oleq Kuvşinnikov ölkə prezidenti Vladimir Putinlə canlı yayıma gecikdiyi üçün öz yerinə Mətbuat Xidmətinin operatoru Andrey Şilovu qoyub. Bu barədə Mash teleqram kanalı xəbər yayıb.

Bundan əvvəl Rusiya lideri federal nazirlərdən və qubernatorlardan canlı yayım zamanı rabitədə olmalarını istəmişdi.

Xatırladaq ki, bu gün səhərdən Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə "canlı yayım" başlayıb. Rusiya dövlət başçısı ilə "canlı yayım"a 1,7 milyondan çox sual daxil olub.

Qeyd edək ki, 17 il ərzində ilk dəfə "canlı yayım" studiyada izləyicilər olmadan keçəcək. Rusiya vətəndaşları Putinə suallarını zənglər, sms/mms mesajlar, eləcə də sosial şəbəkələr vasitəsilə göndəriblər./faktxəbər

Xəbər lenti