Xəzər Xəbər

Əfqanıstan prezidenti atəşkəs elan etdi

Dünya | 14:48 • 7 İyun 2018
Əfqanıstan prezidenti atəşkəs elan etdi

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ölkədə birtərəfli atəşkəs elan edib.


AZƏRTAC bu barədə Interfax informasiya agentliyinə istinadla xəbər verir.


"Əfqanıstan İslam Respublikasının hökuməti ölkənin din alimlərinin tarixi qərarından sonra Ramazan ayının 27-dən (11 iyun) İd-ul-fitr bayramının 5-ci gününə (19 iyun) qədər atəşkəs elan edib”, - Əşrəf Qani özünün Twitter səhifəsində belə yazıb.


Əfqanıstan liderinin sözlərinə görə, atəşkəs rejimi "Taliban” hərəkatına onların zorakı kampaniyalarının müsəlmanların qəlbini fəth etmək əvəzinə, daha da uzaqlaşdırdığını analiz etmək imkanı yaradır. "Atəşkəs rejimi elan etməklə biz münaqişənin dinc yolla həlli üçün hökumətin gücünü və xalqın iradəsini nümayiş etdiririk”, - deyə prezident sözlərinə əlavə edib.


Əşrəf Qani öz bəyanatında hökumət qüvvələrinin İŞİD qruplaşmasına və xarici qüvvələrin dəstəklədiyi digər terror təşkilatlarına qarşı hərbi əməliyyatları davam etdirəcəyini vurğulayıb.


Qeyd edək ki, 2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu "Taliban” hərəkatının nəzarətinə keçib. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.

Xəbər lenti