Xəzər Xəbər

İtaliyada böhran dərinləşir: Baş nazir tapılmır

Dünya | 13:59 • 28 May 2018
İtaliyada böhran dərinləşir:

İtaliyada hökumət böhranı yenidən uzanıb.

Baş nazir vəzifəsinə əsas namizəd kimi göstərilən Cuzeppe Konte hökumətə rəhbərlik etməkdən imtina edib.

Qeyd edək ki, bundan öncə İtaliya Prezidenti Serco Matarella Konteyə yeni hökuməti formalaşdırmağı tapşırmışdı. Matarella ilə görüşdən sonra Konte İtaliyanın maraqlarını həm beynəlxalq aləmdə, həm də Avropa Birliyi institutlarında təmsil etməyə hazır olduğunu bildirmişdi.

Əvvəllər böyük siyasətdə iştirak etməyən Konte ixtisasca vəkildir. O, millətçi Şimal Liqası və Beş Ulduz Hərəkatının ortaq namizədidir./axar.az

Xəbər lenti