Xəzər Xəbər

Polşa ABŞ bazası yaradır: Rusiyaya qarşı həmlə

Dünya | 14:02 • 28 May 2018
Polşa ABŞ bazası yaradır:

Polşa öz ərazisində daimi ABŞ hərbi bazasının yaradılması üçün 2 milyard dollar ödəməyə hazırdır.

Bu barədə məlumat Polşa Müdafiə Nazirliyinin hesabatında yer alıb. Sənəddə Polşanın həmçinin ABŞ üçün bu xərcləri daha rentabelli etməyə hazır olduğu bildirilib.

Rəsmi Varşavanın hazırladığı sənəddə həmçinin hərbi obyektlərin, hospitalların, hərbçilərin ailələri üçün yaşayış yerinin harada yerləşəcəyi haqqında məlumatlar da yer alıb.

Qeyd edək ki, sənəd artıq Ağ Ev və ABŞ Konqresinə göndərilib./axar.az

Xəbər lenti