Xəzər Xəbər

Rus milyarder Britaniyaya qaçdı – Putinə ağır zərbə

Dünya | 13:52 • 28 May 2018
Rus milyarder Britaniyaya qaçdı

Rusiyanın "O1 Qrup” investisiya şirkətinin sahibi Boris Mints ölkədən qaçıb.

Bu barədə "Vedemosti” qəzeti məlumat yayıb. Qəzet Mintsin ailəsi ilə birgə Londona köçdüyünü bildirib.

Məlumata görə, Mintsin özü ilə bərabər oğulları da ailələri ilə Londona gəlib. Milyarderin ölkəni tərk etmə səbəbi hələlik tam açıqlanmayıb.

Qeyd edək ki, Mints Şərqi və Mərkəzi Avropanın bir sıra ölkələrində aktivlərə sahibdir. O, 2017-ci ildə Rusiyanın ən varlıları sırasında 72-ci yerdə qərarlaşıb. Onun sərvəti 1,3 milyard dollar həcmində olub./axar.az

Xəbər lenti