Xəzər Xəbər

ABŞ-ın Türkiyəyə “F-35” verməməsinin səbəbi ORTAYA ÇIXDI İsraildən SENSASİYALI İDDİA

Dünya | 13:36 • 28 May 2018
ABŞ-ın Türkiyəyə “F-35” verməməsinin səbəbi ORTAYA ÇIXDI

Türkiyənin ABŞ-dan "F-35” beşinci nəsil qırıcı-bombardmançıları alması ehtimalından naharat olan İsrail Türkiyəyə "F-35”-lərin texnoloji səviyyəsini yüksəldəcək texnologiyanın verilməsini əngəlləmək üçün amerikalı səlahiyyətlilərlə müzakirələr aparır.

Bu haqda İsrailin "Haaretz” qəzeti yüksək vəzifəli bir israilli səlahiyyətliyə istinadən yazıb.

Onun sözlərinə görə, Yaxin Şərqdə "F-35”-lərə sahib tək ölkə olmaq istəyən İsrail buna görə də Türkiyəyə göndəriləcək qırıcılarla bağlı ABŞ-la yaxın təmas içindədir. Səlahiyyətli qırıcılarla bağlı detalların digər ölkələrə sızmasından və İsrail ordusunun regional rəqabət imkanlarının aşağı düşməsi ehtimalından narahat olduqlarını vurğulayıb.

Eyni zamanda, İsrail Müdafiə Nazirliyinin səlahiyyətliləri Türkiyənin "F-35”-lərin istehsalına sərmayə qoyan az sayda ölkədən biri olması ilə əlaqədar, Türkiyəyə 100 qırıcının çatdırılmasına mane olmağın olduqca çətin olduğunu bildirirlər.

Qeyd edək ki, mayın 25-də ABŞ Konqresinin Nümayəndələr Palatası 2019-cu il maliyyə ilində Pentaqonun büdcəsi haqqında qanun layihəsini qəbul edib. Qanun layihəsi "S-400” zenit-raket komplekslərinin alınmasına dair xüsusi məruzə hazırlanmadan "F-35” qırıcılarının Türkiyəyə çatdırılmasını bəyənmək imkanından müdafiə nazirini məhrum edir. Sənəd Rusiyadan "S-400"-lər alınacağı təqdirdə Türkiyəyə "F-35" qırıcılarının satışına qadağa qoyulmasını nəzərdə tutur. Qanun layihəsi növbəti mərhələdə Senatda müzakirəyə çıxarılacaq. Yekun mərhələdə isə bu sənədi ABŞ prezidenti imzalamalıdır.

ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell daha əvvəl bildirib ki, "S-400"-lərin alınması Türkiyədən ABŞ-dan "F-35" tədarük etməsinə mənfi təsir göstərəcək.

Türkiyə ABŞ-dan 100 ədəd "F-35” qırıcısını almağı planlaşdırırdı. Amerika qanunvericiləri tərəfindən təklif edilən təşəbbüs bu müqavilənin icrasına ciddi mane ola bilər.

Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy bildirib ki, Vaşinqton "F-35” qırıcılarını Ankaraya çatdırmaqdan imtina edərsə, Türkiyə ABŞ-a qarşı cavab addımları atacaq.

KİV-in yazdığına görə, ABŞ Rusiyadan "S-400" zenit-raket komplekslərinin alınması ilə əlaqədar "F-35"-lərin Türkiyəyə satışına mane olarsa, bu halda Ankara Rusiyadan "Su-57" qırıcılarının alınmasına dair qərar qəbul edə bilər./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti