Xəzər Xəbər

Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları uzatdı

Dünya | 13:24 • 28 May 2018
Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları uzatdı
Avropa İttifaqı Suriya hökumətinə qarşı sanksiyaların müddətini 2019-cu ilin 1 iyun tarixindək uzadıb.


XəzərXəbər xəbər verir ki, bu barədə Avropa İttifaqı Komissiyasının rəsmi saytında yerləşdirilən bəyanatda bildirilib. Qeyd olunub ki, hazırda Suriyaya qarşı sanksiyalar siyahısında 259 fiziki şəxs və 67 təşkilat var.


Suriyaya qarşı qüvvədə olan sanksiyalara neft embarqosu, müxtəlif sahələrə investisiya qoyuluşuna məhdudiyyətlər, Suriya Mərkəzi Bankının Avropa İttifaqındakı aktivlərinin dondurulması, daxili repressiyalarda istifadə edilə biləcək texnika və avadanlıqların ixracına məhdudiyyətlər və s. daxildir.

Xəbər lenti