Xəzər Xəbər

Global Research: MKİ Şimali Koreya rəhbərini terror etmək fikrindədir

Dünya | 12:29 • 28 May 2018
Global Research:

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Şimali Koreya lideri Kim Çen Inı terror etmək məqsədilə olduqca məxfi əməliyyat hazırlayıb. Bu barədə Global Research portal məlumat yayıb.

Portalın yazdığına görə, Cənubi Koreya rəsmiləri bununla bağlı açıqlama verərək, ABŞ-ın Kim Çen Inın terror edilməsi üçün 2018-ci ilin hərbi-təhlükəsizlik büdcəsində xüsusi məbləğ ayırdığı bildiriblər. Ayrılan büdcə ötən ilin dekabrın 1-də yaradılmış xüsusi dəstənin təlim və təchizinə xərclənməyə başlayıb.

Cənubi Koreya rəsmilərinin açıqlamalarına əsasən, 1000 nəfərdən ibarət yaradılan xüsusi terror dəstəsinə Cənubi Koreyanın komandirləri də daxildir.

Cənubi Koreyanın Herald qəzetinin yazdığına görə, adıçəkilən dəstənin əməliyyatlarında pilotsuz təyyarələrdən, intihraçı terrorçular və digər təchizatdan istifadə edilməsi nəzərdə tutulur.

Ötən il Şimali Koreyanın Daxili Təhlükəsizlik Nazirliyi bəyanat yayaraq bildirmişdi ki, ABŞ və Cənubi Koreyanın kəşfiyyat xidmətləri Şimali Koreya liderini ölkənin rəsmi mərasimlərinin birində, radioaktiv və kimyəvi maddələrədən istifadə edərək, öldürmək istəyiblər.

Portalın yazdığına əsasən, yaradılan terror dəstəsi ABŞ-ın Şimali Koreya ilə bağlı ilk addımı deyil. 1968-ci ildə də ABŞ və Cənubi Koreya Şimali Koreya rəhbəri olmuş Kim İr Seni öldürmək məqsədilə xüsusi dəstə yaratmışdılar. Onlar həbsdə olan 31 cinayətkara əfv olunacaqları vədilə xüsusi təlimlər keçmişdilər. Xüsusi təlimlər o qədər ağır olmuşdu ki, 31 nəfər məhbusdan 3-ü təlim zamanı həyatını itirmişdi. Həmin dəstə Şimali Koreyaya göndərilsə də, əməliyyatdan öncə geri çağırılmışdılar. Onlara verilən vədlər həyata keçmədiyinə görə, həmiş şəxslər 1971-ci ildə həbsxanada bunt qaldırmış, onlara təlim keçən hər bir kəsi öldürdükdən sonra özlərini əl qumbarası ilə partladaraq, intihar etmişdilər./faktxəbər

Xəbər lenti

Çox oxunanlar