Xəzər Xəbər

Dünyada hər il 5,4 milyon insanı ilan sancır

Dünya | 14:32 • 26 May 2018
Dünyada hər il 5,4 milyon insanı ilan sancır

Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hər il dünyada 5,4 milyon insanı ilan sancır.


Xezerxeber.az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, ilan sancması nəticəsində ildə 138 min insan həyatını itirir, 400 min nəfər isə əlil olur.


Məlumata görə, ilan sancması nəticəsində baş verən ölüm hallarının yarısı Hindistanda qeydə alınır. Bunun səbəbi isə səhiyyə sahəsinin, əsasən də təcilli tibbi yardım xidmətinin işinin qənaətbəxş olmamasıdır.

Xəbər lenti