Xəzər Xəbər

Putin: Ərdoğan təzyiqlərə baxmayaraq güzəştə getməyəcək

Dünya | 10:52 • 26 May 2018
Putin: Ərdoğan təzyiqlərə baxmayaraq güzəştə getməyəcək

Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması məsələsini bu ölkə özü həll etməlidir.


Bunu Rusiya prezidenti Vladimir Putin deyib.


Rusiya prezidentinin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təzyiqlərə baxmayaraq milli maraqlarını qoruyaraq güzəştə getməyəcək: "Bu müxtəlif təzyiq alətlər getdikcə daha çox sayda ölkələri əhatə edir. İndiki halda - bizim S-400 sistemlərimizin alınması ilə əlaqədar. Türkiyə NATO ölkəsidir. Onlar öz sinfində dünyada ən qabaqcıl olan hərbi sistemləri NATO-nun üzvü olmayan ölkədən almağa qərar verib. Nə olsun ki? Məgər bu, cinayətdir?"


V.Putin əlavə edib ki, kimsə təzyiq alətlərini istifadə etməklə çətin ki, lazımı nəticəni qazansın.

Xəbər lenti