Xəzər Xəbər

CHP seçkilərə bu şüarla gedir: “Artık tamam”

Dünya | 17:24 • 25 May 2018
CHP seçkilərə bu şüarla gedir:

24 iyunda Türkiyədə keçiriləcək növbədənkənar parlament seçkilərində CHP-nin istifadə edəcəyi şüar müəyyənləşib.

Modern.az Türkiyı KİV-nə istinadən xəbər verir ki, Cumhuriyyət Xalq Partiyasının şüarı " Millət üçün gəlirik” olacaq. Partiyanın seçki loqosunun üzərində isə " Artık tamam” yazılacaq. CHP seçkilərdə istifadə edəcəyi bukletləri 5 başlıq adı ilə hazırlayacaq. Hər birində " Haqq, hüquq,ədalət başlığı olacaq bukletlərdə bunlar yazılacaq:

"OHAL gedəcək, hüquq və ədalət gələcək”, " Məhkəmə tərəfsiz və müstəqil olacaq,ədalətli qərarlar verəcək”, Tək adamın idarəsinə son qoyulacaq, monopoliya olmayacaq”, " Jurnalistlər sərbəst olacaq, media azad olacaq, xalq həqiqi informasiyanı əldə edəcək”, " Hamı bir-birini anlayacaq, yeni konstitusiya yazılacaq, ölkəmiz demokratik olacaq”.

Bundan başqa CHP təhsillə bağlı da dəyişikliklər edəcəyini açıqlayıb. Tələbələrin hər birinə eyni dərəcədə hüquqların veriləcəyi, günorta yeməyi, çap kağızları və çantanpın pulsuz veriləcəyi vəd olunub. Təhsil pulsuz və keyfiyyətli olacaq, müəllimlərin maaşları artacaq.

Xarici siyasətdə isə, qonçu dövlətlərlə gərginliyin bitəcəyi, xarici ticarətin inkişaf edəcəyi, Suriya ilə problemləriin həll ediləcəyi vəd olunub.

Xəbər lenti