Xəzər Xəbər

Polşada qatarlar 250 km/saat sürətlə hərəkət edəcək

Dünya | 17:17 • 25 May 2018
Polşada qatarlar 250 km/saat sürətlə hərəkət edəcək

Polşa infrastruktur nazirinin müavini, Mərkəzi Kommunikasiya Limanının tikintisi məsələləri üzrə hökumətin müvəkkili Mikolay Vild bəyan edib ki, ölkənin yüksəksürətli Dövlət Dəmir Yolları qatarların maksimal sürətlə (250 km/saat) hərəkət etməsinə şərait yaradacaq.

AZƏRTAC xəbər verir ki, Mikolay Vildin sözlərinə görə, qatarların 250 km/saat sürət səviyyəsi Polşanın iri şəhərləri ilə Mərkəzi Kommunikasiya Limanı arasında məsafəni ən müddətdə qət etməyə imkan verəcək.

Polşanın 9 min kilometr dəmir yolunun modernləşdirilməsinə və tikintisinə qoyulan 66 milyard zlota məbləğində investisiya qatarların yüksəksürətli hərəkətinə şərait yaradacaq. Hazırda Polşada qatarların maksimal sürəti saatda 200 kilometr təşkil edir.

Xəbər lenti