Xəzər Xəbər

Ukraynanı Avropa ilə birləşdirən tunel açıldı - Prezidentin iştirakı ilə - FOTO

Dünya | 13:13 • 25 May 2018
Ukraynanı Avropa ilə birləşdirən tunel açıldı -

Ukraynanı Avropa ölkələri ilə birləşdirən dəmir yolu tunel təmirdən sonra açılıb.


AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, Ukrayna Prezidenti Petro Poroşenko tunelin rəsmi açılış mərasimində iştirak edib.


Poroşenko bildirib ki, tunel Ukrayna ilə Avropa İttifaqı arasında yükdaşımaların və turist axının artmasına səbəb olacaq.


Uzunluğu 1822 metr olan Beskid tuneli yerin 180 metr dərinliyindən keçir. Əsası hələ 1886-cı ildə qoyulmuş tunel 2007-ci ildə qəzalı vəziyyətdə olması ilə əlaqədar təmirə bağlanmışdı.


Təmirdən sonra açılan və sahəsi genişləndirilən tunelin buraxılış gücü sutkada 200 qatar olacaq.

Xəbər lenti