Yaxın zamanda Yerdə güclü maqnit qasırğaları baş verəcək.
Bu barədə Rusiya Elmlər Akademiyasının Fizika İnstitutu məlumat yayıb. İnstitutun Günəşin rentgen astronomiyası laboratoriyasının məlumatına görə, maqnit qasırğası iyunun 1-dən hiss ediləcək. Ancaq maqnit qasırğası iyunun 2-də ən güclü şəkildə özünü göstərəcək.
Ümumilikdə isə maqnit qasırğası iyunun 5-dək davam edəcək.
Maqnit qasırğası dünyanın ən müxtəlif ölkələrində səhhətində problem olan və metohəssas insanlara təsirsiz ötüşməyəcək. Bu zaman baş ağrıları, ürək ritminin dəyişməsi kimi problemlər özünü göstərə bilər.