Xəzər Xəbər

Əsədin paytaxtında rus polisi keşik çəkir Hər addımda küçələrdə

Dünya | 18:05 • 23 May 2018
Əsədin paytaxtında rus polisi keşik çəkir

Suriya paytaxtı Dəməşq silahlılardan tam olaraq təmizlənib.

Artıq rus hərbi polisi Şərqi Quta, Şərqi Kalamun və Yarmukda küçələrdə gəzir. Əsas məqsəd təxribatların qarşısını almaqdır.

Bu barədə Baş Qərargahın operativ idarəsinin rəisi Sergey Rudskoy məlumat verib.

Onun sözlərinə görə, həmin ərazilərdə humanitar əməliyyat keçirilib. 188 min nəfər bölgədən çıxarılıb ki, onlardan da 25 mini silahlılar olub. Bu isə sakinlər arasında çoxsaylı tələfatdan qaçmağı mümkün edib.

Qeyd edilir ki, Yarmuk və Dəməşqin Həcr əl-Əsvad rayonu İŞİD terrorçularının əsas bazaları olub. 21 mayda hökumət qoşunları hər iki bölgənin silahlılardan təmizləndiyini elan edib.

Xəbər lenti