Tramp Çin prezidentini `beynəlxalq səviyyəli qumarbaz` adlandırıb
Dünya
|
10:15 • 23 May 2018
ABŞ prezidenti Donald Tramp və Şimali
Koreya lideri Kim Çen In arasında planlaşdırılan görüş baş tutmaya
bilər. Bu barədə ictimaiyyətə Ağ
Ev rəhbəri məlumat verib.
Tramp Cənubi Koreya prezidenti Mun Je İnlə görüşdə bildirib ki, 12
iyunda Sinqapurda keçirilməsi nəzərdə tutulan görüşün baş tutması Kim
Çen Indan asılıdır.
Birləşmiş Ştatların prezidenti həmçinin deyib ki, Şimali Koreya lideri
Çinə səfərindən sonra onun rəftarında dəyişiklik müşahidə edilir. Tramp
daha sonra Çin prezidenti Xi Jinpingi "Pokerdə dünya səviyyəli oyunçu"
adlandırıb və onun Koreya yarımadasında sülhün tərəfdarı olduğuna ümid
etdiyini dilə gətirib./faktxəbər