Xəzər Xəbər

Dağıstanda bəzi şəhər və kəndlər su altında qalıb

Dünya | 16:52 • 22 May 2018
Dağıstanda bəzi şəhər və kəndlər su altında qalıb

Dolu ilə müşayiət olunan leysan yağışları Dağıstanda bir neçə şəhər və kəndin su altında qalmasına yol açıb.

APA-nın "lenta.ru” saytına istinadən verdiyi məlumata görə, yağış Akuşi və Levaşi rayonlarında çayların daşmasına səbəb olub. Su axını güclü olduğu üçün yerli sakinlər küçələrə çıxa bilmir. Daşqın bir neçə ev və avtomobilə ziyan vurub. Əhali arasında tələfat yoxdur.

Artıq subasmanın nəticələrinin aradan qaldırılmasına başlanıb, kənd yollarının bir hissəsi bərpa olunub.

Xəbər lenti

Çox oxunanlar