Xəzər Xəbər

Rusiya ABŞ-a qarşı sanksiyalar qəbul etdi

Dünya | 13:00 • 22 May 2018
Rusiya ABŞ-a qarşı sanksiyalar qəbul etdi

Rusiya Dövlət Duması üçüncü oxunuşda əks sanksiyalar haqqında qanunu qəbul edib.


TASS agentliyi xəbər verir ki, sənədin məqsədi Rusiya Federasiyasını ABŞ və digər xarici dövlətlərin düşmənçilik əməllərindən qorumaqdır.

Rusiya Federasiyasının Prezidentinin qərarı ilə, hökumətə müxtəlif əks tədbirlər planı həyata keçirmək hüququ verilir. Bununla yanaşı bu tədbirlər Rusiya və digər ölkələrdə istehsal edilməyən həyati əhəmiyyətli mühüm həhsullara genişləndirilməməlidir.

Sənəddə həmçinin bildirilir ki, müvafiq qərarlar Rusiya Federasiyası Təhlükəsizlik Şurasının təklifi əsasında prezident tərəfindən də qəbul edilə bilər.

Bu sənədlə artıq Rusiya öz rəqiblərinə onların dilində cavab verəcək.

Xəbər lenti