Xəzər Xəbər

“Türkiyə İsraillə iqtisadi əlaqələri təkrar nəzərdən keçirəcək” Ərdoğan

Dünya | 12:45 • 22 May 2018
“Türkiyə İsraillə iqtisadi əlaqələri təkrar nəzərdən keçirəcək”

İyunun 24-ü keçiriləcək prezident və parlament seçkilərindən sonra Türkiyə İsraillə iqtisadi əlaqələri təkrar nəzərdən keçirəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O ümid etdiyini bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da İsrailin ticarət blokadasına salınması qərarını həyata keçirəcək.

R.T.Ərdoğan əlavə edib ki, İƏT-in son sammitində fələstinlilərin müdafiəsi üçün BMT-yə sülhməramlı qüvvələrin yaradılması təklif edilib:

"Biz hesab edirik ki, bu, İsrailin hərəkətlərinin qarşısını alacaq və onlar üçün BMT qüvvələrinə atəş açmaq asan olmayacaq”.

Xəbər lenti