Xəzər Xəbər

ABŞ İrana qarşı "B Planı" nı açıqladı

Dünya | 18:08 • 21 May 2018
ABŞ İrana qarşı "B Planı" nı açıqladı
ABŞ dövlət katibi Mayk Pompeo vəzifəyə təyin olunduğu vaxtdan bəri bu gün ilk böyük siyasi nitqini söyləyib. Onun çıxışı nüvə sazişindən çıxan Amerikanın İrana münasibətdə yeni siyasi kursuna - "B planı"na həsr edilib.

XəzərXəbər CNBC-yə istinadən xəbər verir ki, Pompeo İranın "nə indi, nə də heç vaxt” nüvə silahı əldə etməməsi üçün ABŞ ciddi işə keçəcək. O, İranı daha sərt sanksiyalarla da təhdid edib. Bildirib ki, nüvə sazişi ilə aradan qaldırılan sanksiyalar artıq bərpa olunmaq üzrədir və İranın onsuz da kövrək iqtisadiyyatına əsaslı təzyiq olacaq: "Bu, sadəcə başlanğıcdır. Sanksiyaların təsiri ağrılı olacaq. Tam hazırlanandan sonra, bunlar tarixdəki ən güclü sanksiyalar olacaq.”
Əgər güzəşt istəyirsə, Pompeo ABŞ-ın İrana qarşı tələblərini yerinə yetirməli olduğunu vurğulayıb. Bu tələblər isə - ballistik raketlərin hazırlanmasını dayandırmaq, İranda həbsdə saxlanılan Amerikalıları azadlığa buraxmaq, Yaxın Şərq və ondan kənarda silahlı birləşmələr və terrorçuları dəstəkləməyə son qoymaqdır.

"Yaxın Şərqdə dominantlıq etmək üçün İran bir də heç vaxt kart-blanşa sahib olmayacaq.” – deyə ABŞ dövlət katibi xüsusilə vurğulayıb.

Nüvə silahı əldə edərsə, bunun İran iqtisadiyyatı üçün ağır nəticələri olacağilə hədələyən Pompeo, fürsətdən istifadə edib İran xalqına da mesaj göndərərək, öz xalqından oğurlayıb beynəlxalq terrorizmi maliyyələşdirən korrupsioner ölkə rejimini tənqid edib.

Tehranın Hizbullah kimi silahlı birləşmələrə dəstəyini dilə gətirən Pompeo iranlılara müraciətində "ölkənizin bununla tanınmasını istəyirsiniz? ABŞ inanır ki, siz daha yaxşısına layiqsiniz.” sözlərini işlədib.

Xəbər lenti