Xəzər Xəbər

İranda 800-dən çox adam göbələkdən zəhərləndi - 11 ölü

Dünya | 16:07 • 21 May 2018
İranda 800-dən çox adam göbələkdən zəhərləndi -

İranın bir neçə əyalətində 800-dən çox adam göbələkdən zəhərlənib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onlardan 11 nəfəri ölüb.

İranın Səhiyyə Nazirliyi 230 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. 3 nəfər qaraciyər transplantasiyası əməliyyatı keçirib.

Qeyd olunur ki, zəhərlənmə halları əsasən İranın qərbində - Kirmanşah, Kürdüstan, Luristan, Zəncan, Qərbi və Şərqi Azərbaycan, eləcə də Həmədan əyalətlərində qeydə alınıb.

Xəbər lenti