Xəzər Xəbər

Ərdoğan 200 deputata qapını bağladı

Dünya | 16:09 • 21 May 2018
Ərdoğan 200 deputata qapını bağladı

Türkiyədə hakim AKP-nin 200 deputatı siyahıdan kənarda qalacaq.

İddialara görə, prezident Rəcəb Tayyib Ərdoğan 316 millət vəkilindən 200-nə bu dəfə yer verməyəcək.

Siyasi partiyalar 24 iyun seçkisinə hazırlaşdığı bir zamanda ortaya atılan bu iddia gündəm olub. Artıq siyahılar bu gün Yüksək Seçki Orqanına təhvil veriləcək. Prezident Ərdoğan da AKP-nin siyahısında yer almayacaq namizədləri bir-bir özü müyyən edib.

Ötən seçkidə deputatlarının 50 faizdən çoxunu dəyişdirən Ərdoğan bu dəfə dəyişikliyi daha çox şəxsə şamil edəcək. Belə ki, 316 deputatından 200-ü budəfəki siyahıda yer almayacaq. Buna görə də AKP-nin siyahısının "ən çox dəyişdirilən siyahı” deyə təqdim edirlər.

Məlumatlara görə, Ərdoğan məhz yeni siyahıya düşə bilmək üçün daxil olan xahişləri azaltmaq məqsədilə dünən Bosniyaya səfər edib. Ötən dəfə də prezident seçki siyahıları təqdim edilməzdən əvvəl İrana səfər etmişdi.

Xəbər lenti