Xəzər Xəbər

Bərzani qayıdır: Yeni heyətlə gəlir

Dünya | 16:03 • 21 May 2018
Bərzani qayıdır:

İstefaya getmiş Şimali İraq Kürd Muxtariyyatının sabiq baş naziri Məsud Bərzani siyasətə yenidən qayıdır. Bu dəfə o, yeni hökumət yaradılması üçün kürdləri təmsil edəcək heyətin formalaşdırılması fəaliyyətinə başlayıb.

Rəhbərlik etdiyi partiya İraqda keçirilən seçkilərdə 1-ci sırada gəlir.

Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyası yeni hökumət formalaşdırılmasına başlayıb. Bunun üçün digər kürd partiyaları ilə müzakirələr başlayacaq.

Yeni heyət Bağdad və Ərbil arasındaki problemləri aradan qaldırmaq üçün İraqdakı bütün tərəflərlə müzakirələr planlaşdırır.

Xəbər lenti