Xəzər Xəbər

İran Avropaya ultimatum verdi: “İndi top sizdədir”

Dünya | 15:17 • 21 May 2018
İran Avropaya ultimatum verdi:

İran nüvə proqramı ilə bağlı Avropaya ultimatum verib.

İran tərəfi ancaq zərərin qarşılanacağı təqdirdə nüvə sazişini davam etdirmək niyyətindədir.

"İran nüvə proqramı ilə bağlı sazişdə qalmaqda davam edəcək, ancaq bunun üçün İranın məruz qalacağı ziyan ödənilməldiir",- deyə İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

Salehinin sözlərinə görə, ABŞ-ın bu proqramdan çıxması ilə İran tərəfi ziyana məruz qalacaq: "İndi top Avropadadır".

Əgər Avropa Birliyi İranın ultimatumuna müsbət cavab verməsə, o zaman ölkə nüvə çalışmalarını davam etidrəcək.

Xatırladaq ki, ABŞ 8 mayda nüvə sazişindən çıxdığını bəyan edib. Avropa Birliyi isə Ağ Evin bu mövqeyniə baxmayaraq sazişdə qalmaqda davam edir.

Xəbər lenti