Xəzər Xəbər

“Kılıçdaroğlu Gülün namizədliyinə qarşı olanları siyahıdan çıxarıb”

Dünya | 15:13 • 21 May 2018
“Kılıçdaroğlu Gülün namizədliyinə qarşı olanları siyahıdan çıxarıb”

"Abdullah Gülün prezident namizədi olmasına qarşı çıxan hər kəs siyahıdan qəsdən çıxarılıb”.

Modern.az Türkiyə KİV-nə istiinadən xəbər verir ki, bu sözləri Cumhuriyyət Xalq Partiyasının ( CHP) nümayəndəsi Haluk Pekşen deyib. O bildirib ki, o da daxil olmaqla, Abdullah Gülün prezidentliyə namizədliyinə qarşı çıxan bütün namizədlər Kemal Kılıçdaroğlu tərəfindən siyahıdan çıxarılıb.

Haluk Pekşen qeyd edib ki, o israrla Muharrem İncenin prezidentliyə namizədliyini dəstəkləyənlərdən biri olub: " Abdullah Gülün namizəd olduğunu eşidən kimi buna qarşı çıxanlardan biri mən idim. Bu zaman mənə belə bir təklif gəldi ki, Gülü dəstəkləyim. Qarşılığında mənim mənim millət vəkili olacağımı dedilər. Fikir vermədim, hər yerdə buna qarşı oldiuğumu dedim. Bir ay əvvəl yenə xəbərdarlıq aldım. Yenə işimə davam etdim. İndi görünən mənzərəyə özünüz fikir verin. Mən və mənim kimi Gülə qarşı çıxanların hamısı siyahıdan kənarda qalmışıq”.

Pekşen Türkiyənin gələcəyinin onun vəzifədə olub-olmamasından daha vacib olduğunu da bildirib: " Öz vəzifəmi vicdanla yerinə yetirdiyimə inanıram. Türkiyənin gələcəyi daha vacibdir. Siyasətə davam edəcəm. Nə ölkəmdən, nə də partiyamdan vaz keçmərəm”.

Xəbər lenti