Xəzər Xəbər

Ukraynada məktəbə naməlum maddə püskürdülüb: 32 uşaq xəstəxanaya aparılıb

Dünya | 14:59 • 21 May 2018
Ukraynada məktəbə naməlum maddə püskürdülüb:

Ukraynanın Nikolayev şəhərində məktəbə naməlum maddə püskürdülüb. Təqribən 400 uşaq evakuasiya olunub. Bu barədə Ukrayna FHN-i xəbər yayıb.

Bildirilir ki, hadisə yerinə mütəxəssislər cəlb olunub. Məktəbdən 400 uşaq evakuasiya edilib, 32 uşaq isə xəstəxanaya göndərilib. Onların həyati təhlükələrinin olmadığı bildirilir.

Hazırda məktəbin binasında araşdırma davam edir, hadisə yerində təcili tibbi yardım briqadası və polis əməkdaşları işləyir./faktxəbər

Xəbər lenti