Xəzər Xəbər

"Seçilərəmsə, Əsədi Ankaraya dəvət edəcəm"

Dünya | 14:17 • 21 May 2018
"Seçilərəmsə, Əsədi Ankaraya dəvət edəcəm"

Türkiyə prezidentliyinə namizəd, "Vətən” partiyasının lideri Doğu Perinçek seçkilərdə qalib gələcəyi təqdirdə Suriya ilə münasibətləri normallaşdırmağa başlayacağını deyib.

Trend-in məlumatına görə, o bildirib ki, prezident seçildikdən sonrakı gün Suriya Prezidenti Bəşər Əsədi Ankaraya dəvət edəcək:

"Suriya münaqişəsinin həllinin açarı Rusiya-Türkiyə dostluğudur. Mən prezident seçilsəm, növbəti gün Bəşər Əsədi Türkiyəyə dəvət edəcəyəm və onu şəxsən Ankara hava limanında qarşılayacağam. Beləliklə, biz Türkiyə ilə Suriya arasındakı münasibətləri bərpa edəcəyik və eyni zamanda Ankara-Dəməşq-Moskva müstəvisində Rusiya ilə münasibətləri möhkəmləndirəcəyik”.


Xəbər lenti