ABŞ-ın dövlət katibi Mayk Pompeo bu gün Bakı vaxtı ilə saat 17:00-da ABŞ-ın İranla bağlı yeni strategiyasını açıqlayacaq.
Dövlət Departamentindən verilən açıqlamaya görə, yeni strategiyada ABŞ-ın nüvə razılaşmasından çıxmasından sonra İranla bağlı həyata keçiriləcək "Yol xəritəsi” yer alıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-də İranla imzalanan nüvə sazişindən çəkildiklərini açıqlayıb. O, iddia edib ki, nüvə sazişi İranın nüvə silahı əldə etməsinin qarşısını tamamilə almır./publika.az