Xəzər Xəbər

Pxenyan Seuldan 10 min dollar tələb edir

Dünya | 11:22 • 21 May 2018
Pxenyan Seuldan 10 min dollar tələb edir
Şimali Koreyanın Pxunqeri nüvə poliqonunun bağlanma mərasimində Cənubi Koreya jurnalistlərinin iştirakı üçün rəsmi Pxenyan viza haqqı qismində Seuldan 10 min dollar pul tələb edib.


Bu tələb qarşısında çox güman ki, Cənubi Koreya öz jurnalistlərini Şimali Koreyaya göndərməyəcək.


Bundan əvvəl Pxenyan bəyan etmişdi ki, nüvə poliqonunun 23-25 may tarixlərinə planlaşdırılan bağlanışında yalnız Rusiya, Cənubi Koreya, Çin, ABŞ və Böyük Britaniya jurnalistləri iştirak edə biləcəklər. Onların sırasında Seuldan dəvət olunan informasiya agentliyi və yayım şirkətinin 4 jurnalisti də var. Şimalla Cənubi Koreya arasında diplomatik əlaqələrin mövcud olmaması səbəbindən, onlar vizanı Şimali Koreyanın Çindəki səfirliyindən almalı idilər.

Qeyd edək ki, aprelin 21-də Pxenyan əgər onlara təhdid və təxribatlar ünvanlanmasa, nüvə silahından imtina edəcəklərini bəyan etmişdi. 27 apreldəki Koreyalararası sammitdə isə Şimali Koreya lideri Kim Çen In Pxunqeri nüvə poliqonunda raket sınaqlarını dayandırmaq və poliqonu bağlamağa razılıq vermişdi. /azvision.az

Xəbər lenti