Xəzər Xəbər

Maduro yenidən prezident seçildi

Dünya | 09:43 • 21 May 2018
Maduro yenidən prezident seçildi
Venesuelada keçirilən prezident seçkilərinin yekun nəticələri məlum olub. Hazırkı dövlət başçısı Nikolas Maduro seçicilərin 68 faizinin etimadını qazanaraq yenidən prezident seçilib.


"RİA Novosti”-nin verdiyi xəbərə görə, bu barədə Venesuela Milli Seçki Şurasının sədri Tibisay Lusena bildirib.

Onun sözlərinə görə, bülletenlərin 92,6 faizinin hesablanmasına əsasən Nikolas Maduro 5 823 718, Enri Falkon (müxalifətdən namizəd) 1 820 552, Havyer Bertuçi isə 925 000 səs toplayıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti