Xəzər Xəbər

Misir prezidentinin andiçmə mərasimi iyunun 2-də keçiriləcək

Dünya | 15:37 • 20 May 2018
Misir prezidentinin andiçmə mərasimi iyunun 2-də keçiriləcək

Mart ayında ikinci dəfə Misirin Prezidenti seçilən Əbdül Fəttah əs-Sisinin andiçmə mərasimi iyunun 2-də keçiriləcək.


AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, seçilmiş dövlət başçısı ölkənin konstitusiyasına uyğun olaraq rəsmi səlahiyyətlərini yerinə yetirməyə başlamazdan əvvəl Misirin nümayəndələr palatasında (parlament) andiçmə mərasimində iştirak etməlidir.


Qeyd olunur ki, rəsmi mərasimdən sonra ölkə başçısının deputatlar, dövlət rəsmiləri və dəvət olunmuş xarici qonaqların qarşısında çıxışı gözlənilir.


Xatırladaq ki, Əbdül Fəttah əs-Sisi martda keçirilən prezident seçkilərində 97 faizdən çox səs toplayaraq qalib gəlib.

Xəbər lenti