Xəzər Xəbər

Almaniya ölkədən Suriya və İraqda döyüşlərdə iştirak etməyə gedənlərin sayını açıqlayıb

Dünya | 12:52 • 20 May 2018
Almaniya ölkədən Suriya və İraqda döyüşlərdə iştirak etməyə gedənlərin sayını açıqlayıb

Almaniya hökumətinə ölkədən mindən çox cihadçının Suriya və İraqa terrorçu qruplaşmaların sırasında döyüşməyə getdiyi məlumdur.

APA-nın məlumatına görə, "Funke" qəzeti bunun, Almaniya hökumətinin Sol Partiyanın Bundestaqdakı fraksiyasının sorğusuna verdiyi cavabda əksini tapdığını yazıb.

Almaniyadan Suriya və İraqa gedən cihadçıların yarısı Almaniya vətəndaşıdır. Hökumət Almaniyadan Suriya və İraqda döyüşlərə gedənlərin sayının hazırda yenə artdığını, ancaq 2 il öncə ilə müqayisədə əhəmiyyətli dərəcədə az olduğunu açıqlayıb. Eyni zamanda Suriya, İraq və Türkiyədə saxlanılan Almaniyadan gəlmiş cihadçılar var. Suriya və İraqa getmiş qadın və uşaqların çoxu isə artıq Almaniyaya qayıdıb.

Qeyd edək ki, Almaniyada yeni hökumətin formalaşdırılması ilə bağlı koalisiya sazişində ikili vətəndaşlığa malik cihadçıların münaqişə zonalarından ölkəyə qayıtması zamanı onların vətəndaşlıqdan məhrum edilməsinə dair müddəa əksini tapıb.

Xəbər lenti