Xəzər Xəbər

Birləşmiş Ərəb Əmirlikləri Yəmənin Ədən şəhərini işğal etdi

Dünya | 11:39 • 20 May 2018
Birləşmiş Ərəb Əmirlikləri Yəmənin Ədən şəhərini işğal etdi

Yəmənin Ədən şəhəri Birləşmiş Ərəb Əmirlikləri tərəfindən işğal edilib.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Yəmənin daxili işlər naziri Əhməd əl Misri açıqlama verərək bildirib ki, qanuni hökümət Ədən hava limanına daxil ola bilmir, hətta Əbu- Dabinin icazəsi olmadan şəhərə ayaq basmalarına icazə verilmir. Bundan BƏƏ məhkəmə idarələrinin işinə də qarışıb. Misri bildirib ki, daxili işlər naziri o olsa da,öz vəzifəsini yerinə yetirməyə ona izn verilmir və heç bir həbsxana üzərində hakimiyyəti yoxdur.


Əl Misri qeyd edib ki, tez zamanda vəziyyəti dəyişə biləcəklər: "Bunun üçün çox səbəb var, bir neçə aya buna cavab verəcəyik. Ərəb koalisiyası bura husilərlə döyüşmək üçün gəlib, bizimlə yox. Onlar ilə müharibə aparmalıdırlar. Region azad ediləndən sonra qanuni hökümətin işləməsinə icazə vermələri vacibdir”.

Xəbər lenti