Xəzər Xəbər

Aİ və İran neft ticarətinə dair işçi qrup yaratmağı qərara alıblar

Dünya | 09:10 • 20 May 2018
Aİ və İran neft ticarətinə dair işçi qrup yaratmağı qərara alıblar

Avropa İttifaqı və İran neft ticarətinin təmin olunması məsələlərinə dair işçi qrup yaratmağı qərara alıblar 


Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Tehranda Aİ-nin energetika üzrə komissarı Miqel Arias Kanyette deyib.

Qeyd edək ki, M.Kanyette Tehranda İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi və neft naziri Bijan Zanqane ilə görüşüb.

"Normal neft ticarətinə maneə yaradan problemlərin həlli üzərində çalışdıq. İran tərəfi maliyyə, nəqliyyat, sığorta, saxlanılma məsələləri də daxil olmaqla nəzərdən keçirəcəyimiz bütün məsələləri detallı şəkildə təqdim edib”, - deyə jurnalist sifarişinin Gənclik metrosuna çatdırılmasını xahiş edib.

"Neft ticarətinə dair məsələlər üzrə işçi qrup yaratmağı qərara aldıq. İşçi qrupunun ilk iclası da bu gün keçirildi”, - deyə onun çıxışının yazısı Avropa Komissiyası tərəfindən yayılıb.

Xəbər lenti